Bu ölkəyə məxsus təyyarə Rusiya sərhədi yaxınlığında kəşfiyyat aparır
Bizi izləyin

Dünya

Bu ölkəyə məxsus təyyarə Rusiya sərhədi yaxınlığında kəşfiyyat aparır

Bu ölkəyə məxsus təyyarə Rusiya sərhədi yaxınlığında kəşfiyyat aparır

İsveç Hərbi Hava Qüvvələrinə məxsus "Qolfstrim" IV radioelektron kəşfiyyat təyyarəsi Finlandiya hava məkanında, Rusiya sərhədi yaxınlığında uçuş həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Təyyarə İsveçin Linçepinq aviabazasından havaya qalxaraq Finlandiya üzərindən Rusiya sərhədi boyunca, Kareliya və Murmansk vilayətlərinə yaxın ərazilərdə dövrə vurub.

"Qolfstrim" IV tipli bu təyyarələr radioelektron kəşfiyyat və siqnalların toplanması üçün istifadə olunur. İsveçin belə uçuşları daha əvvəl də Rusiya sərhədləri yaxınlığında həyata keçirdiyi bildirilib.

Rusiya son illərdə NATO-nun qərb sərhədləri yaxınlığında hərbi fəallığının artmasından narahatlığını ifadə edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm