HƏMAS-ın silahsızlaşdırılmasına start verilir: Kuşnerdən 30 günlük vaxt
Bizi izləyin

Dünya

HƏMAS-ın silahsızlaşdırılmasına start verilir: Kuşnerdən 30 günlük vaxt

HƏMAS-ın silahsızlaşdırılmasına start verilir: Kuşnerdən 30 günlük vaxt

HƏMAS-ın silahsızlaşdırılması prosesinə yaxın 30 gün ərzində başlanıla bilər.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner “Fox News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə HƏMAS-ın yeraltı infrastrukturunun məhv edilməsinə də başlanması mümkündür.

“Ümid edirəm ki, növbəti 60-90 gün ərzində tunellərin bir hissəsinin ləğvinə də başlanacaq”, - Kuşner bildirib.

O, prosesdə kifayət qədər sürətli irəliləyiş gözlədiyini vurğulayıb.

Kuşner əlavə edib ki, Vaşinqton İsrailin özünümüdafiə hüququnu məhdudlaşdırmaq niyyətində deyil.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm