İsveçrədən Rusiya vətəndaşlarına şok viza qərarı - İmtinalar artır
Bizi izləyin

Dünya

İsveçrədən Rusiya vətəndaşlarına şok viza qərarı - İmtinalar artır

İsveçrədən Rusiya vətəndaşlarına şok viza qərarı - İmtinalar artır

İsveçrə Rusiya vətəndaşları üçün viza qaydalarını daha da sərtləşdirir.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Cenevrədəki baş konsulu İqor Popov açıqlayıb.

Diplomatın sözlərinə görə, Rusiya vətəndaşlarının İsveçrəyə viza almasının çətinləşdirilməsi artıq davamlı tendensiyaya çevrilib və proses getdikcə sürətlənir.

Popov bildirib ki, səfər üçün əsaslı səbəb olsa belə, hazırda vizanın müsbət nəticələnəcəyinə əmin olmaq mümkün deyil. Onun sözlərinə görə, imtina halları artır və müraciətin nəticəsini əvvəlcədən proqnozlaşdırmaq olduqca çətindir.

Viza verildiyi hallarda isə onun müddəti ərizədə göstərilən konkret səfər tarixləri ilə ciddi şəkildə məhdudlaşdırılır. Ehtiyat müddəti və vizadan dəfələrlə istifadə imkanının nəzərdə tutulmadığı bildirilir.

Hazırda Rusiya vətəndaşları üçün hər yeni səfərə ayrıca viza müraciəti etmək zərurəti əvvəlki çoxgirişli viza imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm