İdman
“Qalatasaray” 15 milyon təklif edir, italyanlar 20 milyon istəyir
“Qalatasaray” transfer pəncərəsinin bağlanmasına az müddət qalmış heyətini gücləndirmək üçün çalışmalarını sürətləndirib.
Publika.az xəbər verir ki, İstanbul təmsilçisinin daha əvvəl komandada çıxış etmiş niderlandlı vinger Noa Lanqı yenidən transfer etmək istədiyi bildirilir.
27 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında “Qalatasaray”da icarə əsasında çıxış edib. Lanq bu müddətdə 17 rəsmi oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda “Napoli”nin formasını geyinən futbolçu üçün “Qalatasaray”ın 15 milyon avro təklif hazırladığı, İtaliya klubunun isə 20 milyon avro tələb etdiyi qeyd olunur.
Məlumata görə, Lanq “Qalatasaray”dakı vəziyyət dəqiqləşmədən başqa kluba keçmək istəmir. İstanbul klubu digər cinah oyunçuları ilə bağlı danışıqların nəticəsindən asılı olaraq niderlandlı futbolçu üçün transferi sürətləndirə bilər.
-
Magazin221:48Məşhur model irinli yara ilə realiti şouda iştirak etdi - “Yorğanın altına girib ağrıdan ağlayırdım”
-
Avto20:36Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
İdman20:12Millimizdən möhtəşəm qələbə
-
Kriminal19:4823 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
-
Magazin119:24Aktrisa Leyla Musayeva vəfat etdi
-
Dünya19:12Astronomlar Süd Yolunun dəqiq kütləsini müəyyən etdilər
-
Region18:12İranın Qeşm adasında silsilə partlayışlar baş verdi
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO






































