Dünya
Bu ölkə Rusiyaya görə qırıcılarını havaya qaldırdı
Polşa Rusiyanın Ukraynada hərbi fəallığının artması fonunda hava hücumundan müdafiə sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib və hərbi təyyarələri havaya qaldırıb.
Publika.az xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının "X" sosial şəbəkəsində yaydığı məlumata görə, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı vasitələri də hazırlıq vəziyyətinə gətirilib.
Polşa hərbçiləri bildiriblər ki, görülən tədbirlər xarakter daşıyır və ölkənin “həssas ərazilərlə” həmsərhəd bölgələrinin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
Qeyd edək ki, gecə saatlarından sonra Rusiya Kiyev vilayətinə silsilə zərbələr endirib. Hücumda təxminən 30 raketdən istifadə olunub. Kiyevin müxtəlif rayonlarında 15-dən çox partlayış səsi eşidilib. Silah anbarları və enerji obyektlərinin vurulduğu bildirilir.
Hücumlar zamanı 5 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb. Ölü və yaralı sayının artacağı istisna edilməyib.
Ləman
-
Region09:28İstanbul yenə silkələndi: Bir-birinin ardınca zəlzələlər
-
ABŞ07:35Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan etdi
-
İdman06:16Roberto Karlos İslamı qəbul edib? – Həyat yoldaşımın namaz qıldığını görmək…
-
Hadisə02:18Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Foto
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
-
Kriminal19 Avqust 21:51Həbs xəbəri yayılan bloqerdən açıqlama
-
İdman19 Avqust 20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma


































