Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
Bizi izləyin

Dünya

Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar

Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar

İsrailin Suriyanın İdlib bölgəsində yerləşən Əbu Zühur hərbi bazasına zərbəsindən sonra Rusiyadan Təl-Əvivə sərt xəbərdarlıq gəlib.

Publika.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Apti Alaudinov İsrailin bölgədəki siyasətinin Yaxın Şərqdə münaqişəni daha da genişləndirmək məqsədi daşıdığını bildirib.

Onun sözlərinə görə, İsrail ABŞ və NATO-nu münaqişəyə cəlb etməyə çalışır. Alaudinov İsrailin öz gücünü həddindən artıq qiymətləndirdiyini və bu siyasətin ölkənin gələcəyi üçün ciddi nəticələr yarada biləcəyini deyib.

“İsrail gücünü olduğundan artıq qiymətləndirəcək və nəticədə dövlət kimi mövcudluğunu davam etdirə bilməyəcək”, - deyə rusiyalı general bildirib.

Alaudinovun sözlərinə görə, Yaxın Şərqdə münaqişənin daha da genişlənməsi İsrailin əsas məqsədlərindən biridir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm