Danimarka “Şimal axını” istintaqında Almaniyaya köməkdən imtina etdi
Bizi izləyin

Dünya

Danimarka “Şimal axını” istintaqında Almaniyaya köməkdən imtina etdi

Danimarka “Şimal axını” istintaqında Almaniyaya köməkdən imtina etdi

Danimarka hakimiyyəti iki il əvvəl “Şimal axını” qaz kəmərlərinin partladılması ilə bağlı araşdırma çərçivəsində alman polisi ilə əməkdaşlıqdan imtina edib.

Publika.az "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Danmarks Radio" (DR) Almaniya prokurorluğunun ittiham aktına istinadən məlumat yayıb.

Bildirilib ki, Danimarka tərəfi Bornholm adası və Kristiansö arxipelaqında araşdırma aparmaqdan imtina edib. Səbəb kimi isə bunun dövlətin təhlükəsizliyi və rifahı üçün mümkün risk yaratması göstərilib.

Almaniya prokurorluğunun sənədinə əsasən, Danimarka dövlət prokurorunun imtina qərarı 14 fevral 2024-cü ildə qəbul edilib. DR sənədə çıxış əldə etməyə çalışsa da, Danimarka prokurorluğu belə bir sənədi tapa bilmədiyini bildirib.

Xatırladaq ki, “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində partlayışlar 26 sentyabr 2022-ci ildə Baltik dənizində, Bornholm adası yaxınlığında baş verib. Partlayış nəticəsində dörd xəttdən üçü zədələnib.

Almaniya istintaqının versiyasına görə, diversiyanı ukraynalı dalğıclardan ibarət qrup təşkil edib. İyulun sonunda Almaniyada Ukrayna vətəndaşı Sergey Kuznetsova qarşı ittiham irəli sürülüb və o, “Şimal axını” partlayışları işi üzrə barəsində ittiham aktı məhkəməyə göndərilən ilk şəxs olub.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm