Dünya
ABŞ-dan Ukraynaya ağır ittiham: Rusiyanı vurursan, neft və benzin bahalaşır
ABŞ-ın maliyyə naziri Skott Bessent Ukraynanın Rusiyanın neft infrastrukturuna zərbələrinin qlobal enerji bazarında şok yaratdığını və yanacağın bahalaşmasına səbəb olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bessent Rusiya maliyyə naziri Anton Siluanovla G20 maliyyə nazirlərinin sammiti çərçivəsində keçirilən ikitərəfli görüşdən sonra “Fox News”a açıqlamasında bildirib ki, enerji bazarındakı böhran həm Ukraynadakı müharibə, həm də İran ətrafındakı qarşıdurma ilə bağlıdır.
“Hazırda enerji şoku yaşayırıq. Ukrayna Rusiyanın enerji aktivlərini və neft məhsullarını vurmaq qərarına gəlib və bu, qlobal miqyasda qiymətlərin artmasına təzyiq yaradır”, - Bessent deyib.
Onun sözlərinə görə, qlobal bazarda “Brent” markalı neftin qiyməti təxminən 97 dollara yüksəlib, ABŞ-da isə dizel yanacağının qiyməti rekord həddə yaxınlaşıb.
Bessent Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün Moskva ilə birbaşa dialoqun vacibliyini də vurğulayıb.
“Əgər tərəflər danışmayacaqsa, biz prosesə cəlb olunmayacağıqsa, bu münaqişəni necə həll etmək olar? Bəzi avropalılarda bundan narahatlıq qalıb, lakin hesab edirəm ki, dialoqu davam etdirmək çox vacibdir”, - ABŞ-ın maliyyə naziri qeyd edib.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi







.jpg)




.jpg)




.jpg)













.jpg)

