Region
İmamoğluna və daha 8 nəfərə həbs cəzası verildi - Siyasi qadağa da gündəmdədir
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Qurultayında qanun pozuntularına yol verilməsi iddiası ilə bağlı cinayət işi üzrə hökm açıqlanıb.
Publika.az xəbər verir ki, məhkəmə İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlu da daxil olmaqla 9 nəfəri (Rıza Akpolat, Özgür Çelik, Nihat Yeşiltaş, Baki Aydöner, Erkan Aydın, Mehmet Kılınçarslan, Metin Güzelkaya və Serhat Can Eşin) 2 il 1 ay müddətinə azadlıqdan məhrum edib.
Cemil Tuqay, Hüseyn Yaşar və Özgen Nama barəsində isə bəraət hökmü çıxarılıb.
Həmçinin məhkumlar barəsində Türkiyə Cinayət Məcəlləsinin 53-cü maddəsi tətbiq edilib. Hökm qanuni qüvvəyə minərsə, onlar cəzanın icrası müddətində siyasi hüquqlardan məhrum edilə bilərlər.
Qeyd edək ki, iş 4-5 noyabr 2023-cü ildə keçirilən CHP qurultayında Özgür Özəlin partiya sədri seçilməsi prosesində nümayəndələrin iradəsinə qanunsuz təsir göstərilməsi iddiaları ilə bağlıdır. İttiham tərəfi bəzi nümayəndələrə pul, vəzifə və digər maddi nemətlər təklif edildiyini iddia edib.
-
Nəqliyyat19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi






































