Estoniyanın xarici işlər naziri Trampın oğlu ilə Ukraynanı müzakirə etdi
Bizi izləyin

Dünya

Estoniyanın xarici işlər naziri Trampın oğlu ilə Ukraynanı müzakirə etdi

Estoniyanın xarici işlər naziri Trampın oğlu ilə Ukraynanı müzakirə etdi

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ABŞ prezidenti Donald Trampın böyük oğlu Kiçik Donald Tramp ilə Ukrayna məsələsini müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Kiçik Donald Tramp iş səfəri çərçivəsində getdiyi Monqolustandan qayıdarkən bir günlük Estoniyanın paytaxtı Tallinə eniş edib.

Tsaxna ABŞ tərəfinin dəvəti ilə keçirilən şam yeməyində iştirak edib. Görüş zamanı Ukrayna ilə bağlı konkret hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm