Bu ölkə Rusiyanın 10 diplomatını ölkədən qovur - SƏBƏBİ
Bizi izləyin

Dünya

Bu ölkə Rusiyanın 10 diplomatını ölkədən qovur - SƏBƏBİ

Bu ölkə Rusiyanın 10 diplomatını ölkədən qovur - SƏBƏBİ

Macarıstan Rusiyanın 10 diplomatını ölkədən çıxarır.

Publika.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban bildirib.

Onun sözlərinə görə, Rusiyanın Budapeştdəki səfirinə diplomatların fəaliyyətinin Vyana Konvensiyasına əsasən diplomatik statuslarına uyğun olmadığı barədə məlumat verilib. Diplomatlardan Macarıstan ərazisini tərk etmələri tələb olunub.

Qeyd edək ki, avqustun sonunda Macarıstan Rusiyanı ölkə üçün təhlükə kimi tanıyıb. Buna baxmayaraq, Budapeşt Ukrayna münaqişəsinin diplomatik yolla həllini dəstəkləyir və Kiyevə uzunmüddətli təhlükəsizlik təminatlarının verilməsi səylərini müdafiə edir.

Anita Orban daha əvvəl bildirmişdi ki, Macarıstan Moskva ilə praqmatik münasibətləri inkişaf etdirmək niyyətindədir. Budapeşt həmçinin Ukraynaya silah göndərməyəcəyini, yalnız humanitar yardım göstərəcəyini açıqlamışdı.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm