Finlandiyadan Rusiya ilə bağlı ŞOK AÇIQLAMA: Sovet İttifaqı dövründə olduğu kimi...
Bizi izləyin

Dünya

Finlandiyadan Rusiya ilə bağlı ŞOK AÇIQLAMA: Sovet İttifaqı dövründə olduğu kimi...

Finlandiyadan Rusiya ilə bağlı ŞOK AÇIQLAMA: Sovet İttifaqı dövründə olduğu kimi...

Finlandiyanın müdafiə naziri Antti Hyakyanen Rusiyanın yalnız Ukrayna ilə məhdudlaşmayan “imperiya ambisiyalarının” olduğunu iddia edib.

Publika.az xəbər verir ki, nazir Moskvanın ən azı Sovet İttifaqı dövründə mövcud olmuş təsir dairələrini bərpa etməyə çalışdığını bildirib. Hyakyanen Rusiyadan gələn təhlükəni “uzunmüddətli” və “proqnozlaşdırılması çətin” kimi xarakterizə edib.

“İndi Finlandiyanın milli müdafiəsini gücləndirməyin vaxtıdır”, - deyə müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Finlandiya İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük mülki müdafiə təlimlərindən birini keçirib. Təlimlərdə 2 mindən çox insan iştirak edib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm