Merkeldən AfD-nin qələbəsinə sərt reaksiya: Ürəyim qan ağlayır
Bizi izləyin

Dünya

Merkeldən AfD-nin qələbəsinə sərt reaksiya: Ürəyim qan ağlayır

Merkeldən AfD-nin qələbəsinə sərt reaksiya: Ürəyim qan ağlayır

Almaniyanın keçmiş kansleri Angela Merkel ifrat sağçı Almaniya üçün Alternativ partiyasının (AfD) Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə qazandığı tarixi uğuru ölkə üçün “əsl dönüş nöqtəsi” adlandırıb.

Publika.az yerli KİV-ə istinadən xəbər verir ki, Merkel seçkinin nəticələrinin, xüsusilə üzvü olduğu Xristian Demokrat İttifaqının (CDU) ciddi səs itkisinə məruz qalmasının onu dərindən sarsıtdığını bildirib.

“Bu, Almaniya Federativ Respublikasının tarixində yaşadığımız bir dönüş nöqtəsidir. CDU üzvü olaraq ürəyim qan ağlayır”, - deyə Merkel vurğulayıb.

Keçmiş kansler AfD-nin xüsusilə “TikTok” kimi sosial media platformalarında geniş auditoriyaya çatdığını qeyd edib. Onun sözlərinə görə, demokratik partiyalar ənənəvi siyasi kommunikasiya üsulları ilə kifayətlənməməli, seçicilərlə sosial mediada daha fəal ünsiyyət qurmalıdır.

Merkel siyasi partiyaların bütün seçicilərə eyni şüarla müraciət etməsinin artıq effektiv olmadığını da bildirib. O, namizədləri seçicilərin qarşısına daha hazırlıqlı çıxmağa çağırıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm