İdman
Tayson Usikə ağlasığmaz təklif hazırlayır - İmtina edə bilməyəcək
Ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri (35-2-1, 24 nokaut) keçmiş şəksiz dünya çempionu Aleksandr Usik (25-0, 16 nokaut) üçün imtina edə bilməyəcəyi bir təklif hazırlayacağını bildirib.
Publika.az xəbər verir ki, Tayson bu barədə “Instagram”da danışıb.
“Aleksey, bilirəm ki, noyabr ayında məşğul olduğunu demişdin, amma mən komandamla oturub noyabr ayı üçün sənə sadəcə rədd edə bilməyəcəyin ağlasığmaz bir təklif hazırlayacağam.
Çünki biz bunu edirik – işlərimizi görürük. Tezliklə görüşənədək, qardaş. Üç dəfə! Davam edək! Aleksandr Usik! Əsl kişidir. Hörmətlə”, – Fyuri deyib.
Bir gün əvvəl britaniyalı potensial döyüşün posterini dərc etmiş və trilogiyanın artıq hazırlandığını bildirmişdi.
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı

















.jpg)

















