Rusiya Macarıstanı hədələdi: Buna adekvat cavab veriləcək
Bizi izləyin

Dünya

Rusiya Macarıstanı hədələdi: Buna adekvat cavab veriləcək

Rusiya Macarıstanı hədələdi: Buna adekvat cavab veriləcək

Macarıstanın 10 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərarı Moskva ilə Budapeşt arasında münasibətlərə mənfi təsir göstərəcək.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya iki ölkə arasındakı əlaqələrin inkişafına açıqdır və əməkdaşlıqda maraqlıdır. Lakin onun sözlərinə görə, Macarıstanın bu dost olmayan addımına adekvat cavab veriləcək.

“Biz ikitərəfli münasibətlərimizin bu qədər dəyərli təcrübəsinə və irsinə hər hansı zərər vurulmasının tərəfdarı deyilik. Konkret olaraq bu qərara gəlincə, əlbəttə, ona adekvat cavab veriləcək”, - deyə Kreml sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Budapeştin bu cür addımlarının mənfi nəticələri qaçılmaz olacaq.

Xatırladaq ki, sentyabrın 8-də Macarıstanın xarici işlər naziri Anita Orban Budapeştdəki Rusiya səfirliyinin 10 əməkdaşının ölkədən çıxarılacağını açıqlayıb. Onların diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyətlə məşğul olduğu bildirilib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm