Dünya
BMT-nin yeni xəritəsi Yaponiyanı qəzəbləndirdi - Tokio və Moskva arasında qalmaqal böyüyə bilər
Yaponiya BMT-də Merkator proyeksiyasına alternativ olaraq təqdim edilən yeni dünya xəritəsinə düzəlişlər olunmasını tələb edib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri Yaponiya hökumətinin nümayəndəsi Minoru Kiharanın sözlərinə istinadla məlumat yayıb.
Narazılığa Kuril adalarının xəritədə Rusiya ərazisi kimi göstərilməsi səbəb olub.
“Biz diplomatik kanallarımız vasitəsilə xəritəçəkmə saytının operatoruna etiraz göndərmişik və təsvirin düzəldilməsini tələb etmişik”, - deyə Kihara bildirib.
Avqust ayında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Kuril adaları İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqının yurisdiksiyasına keçib. Bu fakt ABŞ da daxil olmaqla mütfəqiq ölkələrin sənədləri ilə təsdiqlənir və BMT Nizamnaməsində təsbit olunub. Diplomat bəyan edib ki, bu torpaqların hüquqi statusu müzakirə mövzusu deyil və onlar üzərində Rusiya suverenliyi heç bir şübhə doğurmur.
Hüseyn İbadlı
-
İdman21:48“Sabah” "Mançester Yunayted"ə qarşı - Start heyətlər
-
Dünya21:00Məşhur strimer marağının qurbanı oldu - Hasarda qalan qopmuş barmağı...
-
Magazin120:36Kamilə Babayevanın arxiv görüntüləri yayıldı - VİDEO
-
MDB19:48Özbəkistanda əlifba dəyişdirildi - Neçə hərf olacaq?
-
Yaxın Şərq19:36Husilər strateji liman şəhərinə nəzarəti ələ keçirdilər - FOTO
-
İdman19:24"Sabah"ın 19 yaşlıları "Mançester Yunayted"ə böyük hesabla uduzdular
-
Sosial19:00Bu xanım agentliyə şöbə müdiri təyin edildi - FOTO
-
Sosial18:24Sevərin günahı bunlar imiş - Elgiz Əkbərdən cavab



























.png)




