Məşhur televiziya aparıcısı kral elan edildi - FOTO
Bizi izləyin

Dünya

Məşhur televiziya aparıcısı kral elan edildi - FOTO

Məşhur televiziya aparıcısı kral elan edildi - FOTO

Toroya krallığında (Uqanda) dövlət telekanalı olan UBC-in aparıcısı və redaktoru şahzadə Edvard Rukidi Kicananqome kral elan edilib.

Publika.az xəbər verir ki, bu barədə “AfricaNews” məlumat yayıb.

KİV-in məlumatına görə, qərarı kral klanının taxt-tac komitəsi qəbul edib. Lakin keçmiş monarx Oyo Nyimbanın anası Kemiqisa seçimlə razı deyil. O iddia edir ki, qərar oğlunun vəsiyyətində açıq şəkildə ifadə olunmuş iradəsini nəzərə almır.

Qadının sözlərinə görə, eks-monarxın iradəsi onun vəfat etdiyi gün kral ailəsinin üzvlərinin və hökumət nümayəndələrinin iştirakı ilə oxunub, tərəflər taxt-tac məsələsini növbəti gün müzakirə etməyi razılaşdırıblar. Lakin kraliça-ananın iddia etdiyinə görə, elə həmin günün axşamı klan üzvlərindən ibarət qrup mətbuat konfransı keçirərək yeni kralı elan edib.

Kemiqisa əlavə edib ki, artıq kral ailəsinin üzvlərinə binadan sərbəst çıxmağa və ziyarətçiləri qəbul etməyə mane olurlar. O, Uqanda hakimiyyətinə və hərbçilərinə müraciət edərək ailəyə Oyotla sakit şəkildə vidalaşmağa icazə verilməsini xahiş edib. Bununla belə, o, kralın vəsiyyətində adı çəkilən varisin adını açıqlamayıb.

Kral Oyo Nyimba avqustun 27-də ABŞ-də, xərçəng xəstəliyindən müalicə olunduğu yerdə 35 yaşında dünyasını dəyişib. O, 1995-ci ildə üç yaşında taxta çıxmış və Ginnesin Rekordlar Kitabına əsasən dünyanın ən gənc fəaliyyət göstərən monarxı olmuşdu. Oyo 31 il hakimiyyətdə olub, BMT-nin xoşməramlı səfiri vəzifəsini daşıyaraq HİV və QİÇS məsələləri üzrə maarifləndirmə işi ilə fəal məşğul olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm