İdman
"Sabah" ÇL-nin əsas mərhələsində ilk məğlubiyyətini aldı - YENİLƏNDİ
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.
Publika.az xəbər verir ki, İngiltərədə "Mançester Yunayted"in qonağı olan Azərbaycan çempionu 0:4 hesabı ilə məğlub olub.
"Old Trafford" stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurublar.
Qeyd edək ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.
xxx
00:35
İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda dördüncü qol vurulub.
Publika.az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi bir qədər də artırıblar - 4:0.
68-ci dəqiqədə Lisandro Martines adını tabloya yazdırıb.
xxx
23:50
İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 3:0.
45-ci dəqiqədə Benyamin Şeşko qapını dəqiq nişan alıb.
xxx
23:45
İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 2:0.
42-ci dəqiqədə Brunu Fernandeş fərqlənib.
xxx
23:30
İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ilk qol vurulub.
Publika.az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar - 1:0.
27-ci dəqiqədə Mateus Kunya fərqlənib.
xxx
23:00
İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyunu başlayıb.
Publika.az xəbər verir ki, matç "Old Trafford" stadionunda keçirilir.
Qarşılaşmanı Fransadan olan FIFA referisi Villi Delajo idarə edir.
xxx
21:48
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Mançester Yunayted" (İngiltərə) və "Sabah" komandalarının start heyətləri açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Mançester Yunayted": Semme Lannes, Mateus Kunya, Leni Yoro, Lisandro Martines, Nussair Mazraui, Yuri Tilemans, Kobbi Meynu, Brayan Mbyomo, Brunu Fernandeş, Patrik Dorqu, Benyamin Şeşko
"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Stiv Solvet, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris
Xatırladaq ki, "Mançester Yunayted" - "Sabah" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
















.jpg)



.jpg)














