Dünya
Rum tarixçi həyəcan təbili çaldı: Kiprdə ikinci İsrail yaradacaqlar
Kiprli tarixçi Cerri Kossifos Cənubi Kiprdə israillilərin torpaq və daşınmaz əmlak alışı, eləcə də Türkiyənin regiondakı rolu ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, Kossifos rum deputat Fidias Panayiotounun proqramında çıxışı zamanı israillilərin Cənubi Kiprdə artan mülk alımlarına diqqət çəkərək xəbərdarlıq edib.
“Torpaqlarımızı satmağı dayandırmalıyıq. Bir gün Fələstində ən yaxşı torpaqları satın aldıqları kimi, bizim ən yaxşı torpaqlarımızı da satın alacaqlar”, - deyə o bildirib.
Tarixçi İsraildən Cənubi Kiprə miqrasiya və əmlak alışının davam etməsi halında adanın cənubunda “ikinci İsrail” yarana biləcəyini iddia edib. O, Rum administrasiyasının xaricilərə torpaq satışına müdaxilə etməli olduğunu qeyd edib.
Kossifos Cənubi Kiprin İsraillə münasibətlərinin inkişaf etdirilməsinə də qarşı çıxıb. O, İsrail hökumətini Fələstində soyqırım törətməkdə ittiham edib və Avropa ölkələrinin İsrailə qarşı sanksiyalar tətbiq etməli olduğunu bildirib.
Kossifos 1963-cü il hadisələrinə də toxunaraq rum tərəfinin kiprli türklərə qarşı səhvlər etdiyini etiraf edib. O, Rum tərəfini Türkiyə ilə münasibətləri yenidən nəzərdən keçirməyə çağırıb və Ankara ilə Afina arasında inkişaf edən əlaqələrin Kipr probleminin həllinə də müsbət təsir göstərə biləcəyini söyləyib.
Müəllif: Roza
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?


























.webp)









