Həkimləri şoka salan rentgen: Ürəyində iynə aşkarlandı - FOTO
Bizi izləyin

Dünya

Həkimləri şoka salan rentgen: Ürəyində iynə aşkarlandı - FOTO

Həkimləri şoka salan rentgen: Ürəyində iynə aşkarlandı -  FOTO

Çində xəstəxanaya müraciət edən şəxsin rentgen müayinəsi zamanı bədənində çoxsaylı metal cisimlər aşkarlanıb.

Publika.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Çinin Hunan əyalətindəki Hunan Əyalət Xalq Xəstəxanasında baş verib.

Bildirilib ki, xəstənin döş qəfəsinin rentgenində ürəyin üzərində şübhəli kölgə görülüb. Həkimlər müəyyən ediblər ki, 36 millimetrlik iynə ürəyin ətrafındakı kisəni deşərək uc hissəsi ilə sol mədəciyin boşluğuna qədər irəliləyib. Əlavə müayinələr zamanı ürəyin ətrafında, sidik kisəsində, qarın divarında və çanaq nahiyəsində iynələr olduğu müəyyən edilib.

İynələrin xəstənin bədəninə necə daxil olduğu müəyyənləşdirilməyib. Həkimlər çoxsaylı metal cisimlərin bədənin müxtəlif nahiyələrində aşkarlanmasının qəsdən özünə xəsarət yetirmə davranışı ilə əlaqəli ola biləcəyini ehtimal ediblər.

Məlum olub ki, xəstə iki il əvvəl də qarın nahiyəsindən iki iynəyə bənzər cismin çıxarılması ilə bağlı əməliyyat keçirib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm