Hörmüz boğazında neft tankeri partladı - Minalara çırpılıb
Bizi izləyin

Dünya

Hörmüz boğazında neft tankeri partladı - Minalara çırpılıb

Hörmüz boğazında neft tankeri partladı - Minalara çırpılıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda neft tankerinin dəniz minalarına çırpılaraq partladığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilib ki, “Algaya” adlı neft tankeri Hörmüz boğazının cənubundakı qadağan olunmuş ərazidən keçməyə çalışarkən dəniz minalarına çırpılıb. Nəticədə tankerdə partlayış baş verib.

Tankerdə yaranan yanğının söndürülməsi və gəminin nəzarətə götürülməsi istiqamətində görülən tədbirlər nəticə verməyib. Bu səbəblə neft tankeri tamamilə yanıb.

SEPAH daha əvvəl qanunsuz marşrutun təhlükəli olması barədə xəbərdarlıq edildiyini xatırladıb.

İran tərəfi Hörmüz boğazının bağlı olduğunu və boğazın SEPAH Hərbi Dəniz Qüvvələrinin nəzarətində qaldığını bir daha bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm