Dünya
Yunanıstanda Türkiyə ilə bağlı “kabus” ssenarisi: "Bir neçə saatlıq olmayacaq”
Yunanıstan mediasında Türkiyə ilə mümkün qarşıdurma ssenarisi yenidən gündəmə gətirilib.
Publika.az xəbər verir ki, bu barədə “Geopolitico.gr” nəşri məqalə dərc edib.
Məqalədə mümkün Türkiyə-Yunanıstan qarşıdurmasının “bir neçə saatlıq, nəzarətdə saxlanılan gərginlik” kimi qalmayacağı bildirilib. Nəşrə görə, Egeydə başlaya biləcək qarşıdurma yüksək intensivlikli hava əməliyyatları ilə müşayiət olunaraq həftələr, hətta aylarla davam edən müharibəyə çevrilə bilər.
Analizdə uzunmüddətli münaqişə zamanı sursat ehtiyatları, hərbi texnikanın bərpası, liman və hava limanlarının fəaliyyəti, enerji və telekommunikasiya infrastrukturu, eləcə də ehtiyat qüvvələrin vəziyyətinin həlledici rol oynayacağı vurğulanıb.
Yunan mediasında Türkiyənin yalnız Yunanıstanın aldığı “Rafale” qırıcılarını, freqatları və yeni silah sistemlərini deyil, ölkənin müqavimət qabiliyyətini də izlədiyi iddia edilib. Analizdə Türkiyənin pilotsuz uçuş aparatları sahəsindəki imkanlarına da xüsusi diqqət yetirilib. Türkiyədə 1,8 milyondan çox lisenziyalı PUA-nın olduğu irəli sürülüb və Ankaranın bu sahədə geniş operator bazası və hərbi-sənaye imkanları formalaşdırdığı qeyd olunub.
Bundan əlavə, Yunanıstanın İsrail və Cənubi Kipr Rum Administrasiyası ilə əməkdaşlığı, Hindistanla yaxınlaşması və IMEC iqtisadi dəhlizinin regional təsirləri də müzakirə edilib.
Analizin sonunda Afinanın yalnız hərbi hazırlığını deyil, kritik infrastrukturunu, ehtiyat qüvvələrini və cəmiyyətin böhranlara hazırlığını da gücləndirməli olduğu vurğulanıb.
Müəllif: Roza
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı

























.jpg)








.jpg)

