Cənubi Qafqaz
ABŞ-dan Gürcüstanla bağlı kritik qərar - Milyonlarla dollarlıq yardım kəsildi
Donald Trampın Ağ Evə qayıtmasından sonra ABŞ Gürcüstana ayırdığı yardımı təxminən 27 dəfə azaldıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin hesabatına istinadla "RİA Novosti" məlumat yayıb.
Sənəddən məlum olur ki, 2025-ci maliyyə ilində Gürcüstana yardım proqramları üçün 37,6 milyon dollar, 2026-cı ildə isə cəmi 1,4 milyon dollar ayrılıb. Qalan vəsaitin böyük hissəsi beynəlxalq hərbi təhsil və kadr hazırlığı proqramına yönəldilib.
Qeyd olunur ki, yardımın azaldılması Tramp administrasiyasının 2025-ci ilin yanvarında başladığı xarici yardım siyasətinə yenidən baxılması prosesi fonunda baş verib. Nəticədə Gürcüstanda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əksər layihələri bağlanıb, ABŞ səfirliyinin İctimai Diplomatiya şöbəsinin qrantlarının isə təxminən 85 faizi ləğv edilib.
Nəşrin məlumatına görə, ABŞ 1991-ci ildən bəri Gürcüstana iqtisadi və hərbi yardım məqsədilə 6,2 milyard dollardan çox vəsait ayırıb. 2025-ci ilin iyulunda USAID-in Tbilisidəki səfirlik nəzdində fəaliyyət göstərən nümayəndəliyi bağlanıb, qalan layihələr isə Dövlət Departamentinin regional bölmələrinə və səfirliyin şöbələrinə təhvil verilib. Bu ilin yanvarında Dövlət Departamenti ümumi dəyəri təxminən 4 milyon dollar olan səhiyyə sahəsində iki proqramın bərpasına icazə verib.
Hüseyn İbadlı
-
Art05:15Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi oldu - FOTO
-
Magazin104:44Məşhur televiziya ulduzu vannada çılpaq poza verdi - FOTO
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Hadisə15 Noyabr 23:48Tələbənin ölümü ilə bağlı yeni detallar: "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
-
İdman15 Noyabr 22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya15 Noyabr 22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə15 Noyabr 21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO







































