Dünya
Avropada hansı ölkələrə nə vaxt getmək olar? - SİYAHI
Mütəxəssislər yaz və payızın əvvəlində Avropanın cənubuna səyahət etməyi tövsiyə edir.
Publika.az xəbər verir ki, bu barədə “Mk.ru” məlumat yayıb.
Bildirilib ki, bu dövrdə hava daha mülayim, turist sıxlığı isə nisbətən az olur. İtaliya, Yunanıstan, Portuqaliya, Malta və Balkan ölkələri bu mövsümdə səyahət üçün əlverişli istiqamətlər sayılır.
Yay aylarında isə daha şimal ölkələrinə üz tutmaq mümkündür. Norveçdə fiordlar və Lofoten adaları, Danimarkada Kopenhagen və Kronborq, İsveç və Finlandiyada isə göllər, meşələr və adalar turistlər üçün maraqlı seçimlərdir.
Səyahət zamanı marşrutdan kənara çıxmaq da mümkündür. İtaliyada Komo gölü yaxınlığındakı Villa de Vecchi, Yunanıstanda 2 min ildən çox yaşı olan Antikitera mexanizmi, Portuqaliyada qranit qayaların arasında salınmış Monsantu kəndi və Maltanın qədim meqalitik məbədləri turistlərin diqqətini çəkən məkanlar sırasındadır.
Müəllif: Roza
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər


































