Dünya
Çindən Yaponiyaya xəbərdarlıq: Gələcəyiniz olmayacaq
Çinin xarici işlər naziri Vanq Yi Yaponiyaya xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Vanq Yi bu barədə Pekində Yaponiya Beynəlxalq Ticarətin Təşviqi Assosiasiyasının (JAPIT) prezidenti Takeşi İvayanı qəbul edərkən danışıb.
“Yaponiya İkinci Dünya Müharibəsindəki keçmişindən dərs çıxarmayaraq müharibədən sonrakı nizama meydan oxumağa və təcavüzkar keçmişini bərpa etməyə çalışarsa, gələcəyi olmayacaq”, - deyə o bildirib.
Vanq Yi Yaponiyanın müharibədən sonrakı “Sülh Konstitusiyası”na hörmət etməli, tarixi məsələlərə düzgün yanaşmalı və Çinlə bağlı rasional və obyektiv mövqe nümayiş etdirməli olduğunu vurğulayıb.
Onun sözləri Pekinlə Tokio arasında Tayvan məsələsi ətrafında yaranmış diplomatik gərginliyin fonunda səslənib. Yaponiya Baş naziri Takaiçi Sanaenin 7 noyabr 2025-ci ildə parlamentdə Tayvan boğazında mümkün hərbi müdaxiləni ölkənin mövcudluğuna təhlükə yaradan vəziyyət kimi qiymətləndirə və hərbi gücdən istifadə edə biləcəyi barədə açıqlaması Çinin kəskin reaksiyasına səbəb olub.
Müəllif: Roza
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi



































.jpg)
