Dünya
Təyyarədə dəhşət törədən pilot həbs olundu - Netanyahu təhlükəsizlik xidmətlərinə tapşırıq verdi
Dubaydan Təl-Əvivə uçan “Flydubai” sərnişin təyyarəsində bıçaqla hücum həyata keçirən pilot həbs edilib.
Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu açıqlayıb.
Netanyahu bildirib ki, insidentdən sonra təhlükəsizlik xidmətlərinə əlavə potensial təhdidlərə hazırlaşmaq tapşırılıb.
“Dubaydan uçan reysin fərasət və cəsarət nümayiş etdirən qəhrəmanlarına ehtiramımı bildirirəm. Mən təhlükəsizlik xidmətlərinə əlavə potensial təhdidlərə hazırlaşmaq tapşırığı vermişəm”, - deyə Netanyahu bildirib.
Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus təyyarədə insident baş verib. Uçuş zamanı kapitanla ikinci pilot arasında fiziki qarşıdurma yaranıb və soyuq silahdan istifadə olunub.
Digər pilotların və bəzi sərnişinlərin müdaxiləsindən sonra vəziyyət nəzarətə götürülüb. Təyyarə Səudiyyə Ərəbistanının Təbuk aeroportuna məcburi eniş edib. Hər iki ekipaj üzvü xəstəxanaya yerləşdirilib.
İnsident zamanı “Boeing 737 MAX 8” təyyarəsi qəfil ciddi hündürlük itirib. “Flightradar24”un məlumatına görə, təyyarə təxminən 34 min fut hündürlükdən 17 min fut ətrafına sürətlə enib.
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər




































.jpg)
