Dünya
Fransada məktəb etirazları böyüyür: 440 nəfər saxlanılıb
Fransada siniflərdə sıxlıq və müəllim çatışmazlığına qarşı başlayan etirazlar böyüyür.
Publika.az “BBC”yə istinadən xəbər verir ki, ötən həftə Parisdə başlayan etirazlar, daha sonra Dijon, Lion, Strasburq, Lill və Marselə də yayılıb.
Məlumata görə, aksiyalar zamanı əsasən yetkinlik yaşına çatmayan 440 nəfər saxlanılıb, 76 nəfər isə yaralanıb. Yeniyetmələr bir sıra məktəblərin girişlərini bağlayaraq dərslərin keçirilməsinə mane olublar.
Fransanın təhsil naziri Eduard Ceffri şagirdlərin bəzi tələblərinin əsaslı olduğunu bildirib. Lakin nazir aksiyalar zamanı baş verən zorakılıqdan narahatlığını ifadə edib. Onun sözlərinə görə, yalnız çərşənbə axşamı 10 müəllim və bir neçə şagird yaralanıb, müəllimlərdən biri isə döyülüb.
Nazir etirazların gərginləşməsində radikal solçu “La France Insoumise” (LFI) partiyasını ittiham edib.
Müəllif: Roza
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi



































.jpg)
