Dünya
Təyyarədə faciənin qarşısını alan 4 israilliyə prezident mükafatı veriləcək
İsrail prezidenti İsaak Hersoq “FlyDubai” təyyarəsində pilotu zərərsizləşdirərək mümkün faciənin qarşısını alan dörd İsrail vətəndaşının mükafatlandırılmasını təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı üç sərnişin pilot kabinəsinə daxil olaraq pilotlardan birini zərərsizləşdirib. Həmin şəxsə digər pilot tərəfindən bıçaqla xəsarət yetirilib. Təyyarədə olan israilli həkim isə yaralıya tibbi yardım göstərib.
Həkimin həyat yoldaşı da hadisənin üzə çıxmasında mühüm rol oynayıb. O, pilot kabinəsində qeyri-adi vəziyyət olduğunu hiss edərək həyəcan siqnalı verib.
Hersoq sərnişinlərin və ekipajın operativ müdaxiləsinin böyük fəlakətin qarşısını aldığını bildirib və dörd vətəndaşın mülki qəhrəmanlığa görə prezident mükafatı ilə təltif olunmasını tövsiyə edib.
Hadisədən sonra təyyarənin idarəetməsi digər pilotların nəzarətinə keçib və təyyarə Səudiyyə Ərəbistanına yönləndirilərək uğurla yerə endirilib.
Müəllif: Roza
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi




































.jpg)
