Məşhur ekstrasens pilləkəndən yıxılaraq öldü - FOTO
Bizi izləyin

Dünya

Məşhur ekstrasens pilləkəndən yıxılaraq öldü - FOTO

Məşhur ekstrasens pilləkəndən yıxılaraq öldü - FOTO

Böyük Britaniyada 44 yaşlı ekstrasens Keyt Qolbi pilləkəndən yıxılaraq həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Hadisə Norfolk qraflığında yerləşən malikanədə baş verib. O, oğlu tərəfindən huşsuz vəziyyətdə tapılıb. Xəstəxanaya çatdırılan qadın iki gün sonra ağır kəllə-beyin travmasından vəfat edib.

Məlumata görə, hadisənin bədbəxt qəza olduğu müəyyənləşdirilib. Cinayət və ya xəstəliklərə dair əlamət aşkarlanmayıb.

Qeyd edək ki, Keyt Qolbinin “Göy qurşağının ardınca” kitabı 2017-ci ildə “Soul and Spirit Awards” mükafatında “Ən yaxşı mənəvi kitab” seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm