Dünya
Netanyahunun “hücum təhlükəsi” açıqlaması təkzib edildi
İsrail mətbuatı Baş nazir Benyamin Netanyahunun ölkəyə qarşı mümkün hücum təhlükəsi ilə bağlı açıqlamasını təkzib edib.
Publika.az xəbər verir ki, “Haaretz” nəşri İsrail ordusundakı mənbələrə istinadən ölkəyə qarşı hər hansı hücuma işarə edən konkret hazırlıqların və əməliyyat hərəkətliliyinin aşkarlanmadığını yazıb.
Məlumata görə, Netanyahu seçkilərdən əvvəl ölkəyə qarşı xarici hücum təhlükəsinin olduğunu və bununla bağlı müəyyən əlamətlərin mövcudluğunu iddia edib. Lakin ordu mənbələri belə bir hücum hazırlığının aşkar edilmədiyini bildiriblər.
Qeyd olunub ki, təhlükəsizlik qurumları hələlik ordunun hazırlıq səviyyəsinin artırılması, ehtiyatda olan hərbçilərin xidmətə çağırılması və ya fövqəladə hallar üzrə personalın səfərbər edilməsi istiqamətində addım atmayıb.
Benyamin Netanyahu oktyabrın 27-də keçirilməsi planlaşdırılan ümumi seçkilər ərəfəsində təhlükəsizliklə bağlı açıqlamalar verib və müdafiə rəhbərliyi ilə iclas keçirib. Müxalifət partiyaları isə onun bəyanatını “siyasi manevr” kimi qiymətləndiriblər.
Müəllif: Roza
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq











.png)




















