Təyyarədə qorxulu anlar - Oksigen maskaları açıldı
Bizi izləyin

Dünya

Təyyarədə qorxulu anlar - Oksigen maskaları açıldı

Təyyarədə qorxulu anlar - Oksigen maskaları açıldı

İngiltərədən ABŞ-a uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, “British Airways”in London “Heathrow-Chicago O'Hare” marşrutu üzrə həyata keçirdiyi BA295 reysi oktyabrın 5-də İrlandiya üzərində olarkən texniki problemlə üzləşib.

Təxminən 11,3 kilometr yüksəklikdə uçan “Boeing 777-200ER”də qəfil oksigen maskaları açılıb. Ekipaj daha sonra ümumi təcili vəziyyət kodunu aktivləşdirib.

Təyyarə bir neçə dəqiqə ərzində sürətlə hündürlük itirərək təxminən 2,7 kilometr enib. “British Airways” hadisənin səbəbini yalnız texniki problem kimi açıqlayıb.

Ekipaj Çikaqoya uçuşu davam etdirmək əvəzinə geri qayıdıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Texniki problemin dəqiq səbəbi araşdırılır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm