Dünya
Polşa tarixinin ən böyük qalmaqalı: Vətəndaşların məlumatları İsrailə ötürülüb
Polşanın Baş naziri Donald Tusk əvvəlki hökumətin dövründə istifadə edilən “Pegasus” casus proqramı vasitəsilə vətəndaşların həssas məlumatlarının İsrailə ötürüldüyünü bildirib.
Publika.az xəbər verir ki, Tusk hadisəni kommunizmin süqutundan sonra Polşa tarixinin ən böyük qalmaqallarından biri adlandırıb.
Baş nazirin sözlərinə görə, İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanan “Pegasus” proqramının satın alınmasına cinayət qurbanlarına ayrılmalı olan vəsait xərclənib. Sistem vasitəsilə Polşa vətəndaşları, müxalifət liderləri və müstəqil prokurorlar haqqında məlumatların İsrail tərəfinə ötürüldüyü iddia edilir.
Tusk bildirib ki, Polşa tərəfinin sistem üzərində faktiki nəzarəti olmayıb və minlərlə, hətta on minlərlə vətəndaşın həssas məlumatları xarici dövlətin əlinə keçib. O, baş verənləri dövlətə qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirərək məsul şəxslərin cavab verəcəyini vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra Polşada “Pegasus” proqramının əvvəlki hökumət tərəfindən istifadəsi ilə bağlı iddiaları araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Donald Tusk 2024-cü ilin fevralında keçmiş baş nazir Mateuş Moravetskinin hökumətini proqramdan qanunsuz istifadə etməkdə ittiham etmişdi.
Müəllif: Roza
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
-
Sosial09:57Aparat rəhbəri vəzifəsindən getdi
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: Yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya













.jpg)
.jpg)


















