ABŞ və Avropadan Ukrayna ilə bağlı 4 maddəlik sülh planı
Bizi izləyin

Dünya

ABŞ və Avropadan Ukrayna ilə bağlı 4 maddəlik sülh planı

ABŞ və Avropadan Ukrayna ilə bağlı 4 maddəlik sülh planı

ABŞ və Avropa ölkələrinin Ukrayna müharibəsinə son qoymaq məqsədilə dörd əsas maddədən ibarət sülh planı üzərində işlədiyi iddia olunur.

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ prezidenti Donald Trampın enerji atəşkəsini elan etməsindən sonra gündəmə gələn plan dörd əsas istiqaməti əhatə edir.

Planın ilk maddəsi Ukraynanın yenidən qurulmasını nəzərdə tutur. Bu çərçivədə danışıqlar aparan tərəflərin Kiyev rəhbərliyindən bərpa işlərinin dəyərinə dair ətraflı hesablamalar tələb etdiyi bildirilir.

İkinci maddəyə əsasən, Rusiya və Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi planlaşdırılır.

Üçüncü maddə Rusiya, Ukrayna və Avropa arasında enerji sazişi vasitəsilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Bu çərçivədə Rusiya nefti və təbii qazını Avropaya daşıyacaq boru kəmərinin çəkilməsi, əldə olunacaq gəlirin isə Rusiya ilə Ukrayna arasında bölüşdürülməsi ehtimalı nəzərdən keçirilir.

Təklifin Rusiyanın Avropa enerji bazarına uzunmüddətli çıxışını və iqtisadi sanksiyaların ləğvi şərtlərini də əhatə edə biləcəyi qeyd olunur. Planın dördüncü və sonuncu maddəsi isə mövcud cəbhə xətti boyunca atəşkəsin təmin edilməsidir.

Nəşr qeyd edib ki, təşəbbüs ABŞ, Avropa və Ukrayna nümayəndələrinin Floridada keçirdiyi görüşdə müzakirə olunub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm