Dünya
ABŞ-dan Rusiyaya gözlənilməz təklif: Dizel müqabilində sülh?
ABŞ Rusiyadan dizel yanacağının tədarükü ilə bağlı razılaşmanın Moskvanı Ukrayna məsələsi üzrə sülh danışıqlarına qaytaracağına ümid edir.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Mayamidə ukraynalı rəsmilərlə görüş zamanı sövdələşmənin Rusiyanı danışıqlar masasına qaytarmaq məqsədi daşıdığını bildiriblər.
Məlumata görə, Vaşinqton Kiyevin zərbələri dayandırmasını və bunun müqabilində Moskvaya sövdələşmə təklif edilməsini Rusiyadan qarşılıqlı addım gözləmək üçün fürsət kimi qiymətləndirib.
ABŞ tərəfi razılaşmanın Moskvanın mövqeyini yumşalda biləcəyini düşünür. Bunun səbəbi isə sövdələşmənin Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığa hazır olduğuna dair siqnal verməsidir.
Şərtlərə əsasən, Rusiya ABŞ və dünya bazarlarına 2,25 milyon bareldən çox dizel yanacağı tədarük etməlidir. Razılaşma ABŞ-da bəzi qanunvericilərin tənqidinə səbəb olsa da, Tramp onu Amerika xalqı üçün düzgün seçim adlandırıb.
ABŞ prezidenti hesab edir ki, sövdələşmə ölkə daxilində enerji qiymətlərinin azalmasına kömək edəcək.
Müəllif: Roza
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir






























