Dünya
Onkoloq xərçənglə bağlı məşhur mifləri dağıtdı
“Mobil telefonlardan tez-tez istifadənin beyin şişlərinə səbəb olduğunu təsdiqləyən elmi sübutlar yoxdur”.
Publika.az “Kp.ru”ya istinadən xəbər verir ki, bunu rusiyalı onkoloq və kimyaterapevt Rasul Axmayev bildirib.
O, xərçəngin genetik modifikasiya olunmuş məhsullardan yarandığı fikrini də təkzib edib.
Həkim bildirib ki, şəkərli diabet bəzi xərçəng növlərinin inkişaf riskini artıra bilər. Lakin sağlam insanın şəkər istehlak etməsi özlüyündə şiş yaranacağı anlamına gəlmir.
Onkoloq xərçəngin yalnız yaşlı insanlarda rast gəlindiyi və həmişə ölümlə nəticələndiyi fikrinin də yanlış olduğunu vurğulayıb: “Xəstəlik gənclərdə də aşkarlana bilər. Müalicənin uğuru isə əsasən şişin hansı mərhələdə müəyyən edilməsindən asılıdır”.
Mütəxəssisin sözlərinə görə, xərçəngin bəzi növlərini erkən mərhələdə 90-95 faiz hallarda müalicə etmək mümkündür.
Müəllif: Roza
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir






























