Dünya
Kiyevdən etiraf: Qərb daha Rusiya hücumları ilə bağlı kəşfiyyat məlumatlarını ötürmür
ABŞ hərbi komandanlıq səviyyəsində Ukraynanı kəşfiyyat paylaşımını dayandırmaq ehtimalı ilə bağlı əvvəlcədən xəbərdar etmişdi.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski NPR-ə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ABŞ nümayəndələri bu məsələni şəxsən onunla deyil, Ukrayna generalları ilə müzakirə ediblər. Zelenski bildirib ki, onlar da öz növbəsində hərbi səviyyədə kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırılması barədə məlumat aldıqlarını təsdiqləyiblər.
Bir gün əvvəl Zelenski rəsmi olaraq bildirib ki, 13 oktyabr gecəsi Qərb tərəfdaşları Kiyevə Rusiya raketlərinin buraxılışı ilə bağlı kəşfiyyat məlumatları verməyiblər.
Daha sonra, növbəti hücum zamanı Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidməti də Qərb ölkələrinin Rusiya ballistik raketlərinin buraxılışları barədə məlumat vermədiyini bildirib.
Müəllif: Tural
-
Sosial19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?







.jpg)




.jpg)






.jpg)



















