Dünya
İran tarixinin ən ağır dövrünü yaşayır - Pezeşkian
İran prezidenti Məsud Pezeşkian ölkənin 1979-cu il İslam İnqilabından bəri ən ağır təzyiq və çətinliklərlə üzləşdiyini bildirib.
Publika.az xəbər verir ki, Pezeşkian bu barədə Şərqi Azərbaycan əyalətinin Planlaşdırma və İnkişaf Şurasının onlayn iclasında danışıb.
“Tasnim” agentliyinin məlumatına görə, prezident ölkədəki iqtisadi və sosial problemlərə diqqət çəkib. O, inqilabın ilk illərində olduğu kimi, problemlərin birgə həllinə çalışmasının vacibliyini vurğulayıb.
“İnqilabdan ötən 48 il ərzində ölkə heç vaxt bu qədər güclü təzyiq və çətinliklərlə üzləşməyib. Düşmənlərimiz İranın keçmiş ali lideri Əli Xameneini, eləcə də bir sıra komandir və rəsmiləri hədəf alaraq qeyri-sabitlik yaratmağa çalışıblar”, - Pezeşkian bildirib.
Bununla belə, o, ölkədə qeyri-sabitliyin yaranmadığını, əksinə, birlik və həmrəyliyin gücləndiyini söyləyib.
Müəllif: Roza
-
Nida Xəbər 17:50Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...




































