Dünya
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər - Psixoloqdan xəbərdarlıq
Qısa videolara həddindən artıq baxmaq uşaqların diqqətinə, yaddaşına və məntiqi düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər.
Publika.az “Kp.ru”ya istinadən xəbər verir ki, bunu rusiyalı psixoloq Yelena Şpagina bildirib.
Onun sözlərinə görə, informasiyanı qısa və parlaq fraqmentlər şəklində qəbul etməyə alışan uşaqların oxumağa və tapşırıqları həll etməyə diqqətlərini cəmləməsi çətinləşə bilər. Qısa videolar beyni sürətlə dəyişən təəssüratlara və ani mükafata alışdırır. Nəticədə, vaxt və səy tələb edən gündəlik işlər uşaqlara darıxdırıcı görünə bilər.
Psixoloq qeyd edib ki, uşaqlar videolardakı parlaq görüntüləri yaxşı yadda saxlasalar da, məlumatları uzun müddət yadda saxlamaqda və məntiqi ardıcıllıqlar qurmaqda çətinlik çəkə bilərlər.
Şpagina valideynlərə uşaqlarla birlikdə kitab oxumağı, oxunanları müzakirə etməyi və suallar verməyi tövsiyə edib.
Psixoloqun fikrincə, məqsəd uşaqların telefonlarını əllərindən almaq deyil, onlara rəqəmsal vasitələrdən düzgün istifadə etməyi öyrətməkdir.
Müəllif: Roza
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
































