İsraildə uzunmüddətli müharibə hazırlığı: Trampın Ərdoğanla yaxınlığı...
Bizi izləyin

Dünya

İsraildə uzunmüddətli müharibə hazırlığı: Trampın Ərdoğanla yaxınlığı...

İsraildə uzunmüddətli müharibə hazırlığı: Trampın Ərdoğanla yaxınlığı...

“Türkiyəyə, Pakistana və bizə qarşı düşmən mövqedə olan digər ölkələrə qarşı Yunanıstanla ittifaqımızı gücləndirməliyik. Uzunmüddətli bir müharibəni təkbaşına davam etdirə biləcək dözümlülüyə sahib olmalıyıq”.

Publika.az xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç jurnalistlərə açıqlamasında deyib.

O, Türkiyənin böyük hərbi-dəniz qüvvələrinə malik olduğunu vurğulayaraq bunun nəticələrinin təhlil edilməli olduğunu bildirib.

Smotriç Misir, Türkiyə, İordaniya, Suriya və digər ölkələrə qarşı ayrıca imkanlar inkişaf etdirməli olduqlarını qeyd edib. O, İsrailin texnoloji baxımdan üstün olmasının, böyük həcmdə istehsal imkanlarına sahib olmasının və təkbaşına uzunmüddətli müharibəni davam etdirə biləcək gücə çatmasının vacibliyini vurğulayıb.

İsrailli nazir ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın münasibətlərinin də İsrail üçün çətinlik yaratdığını bildirib.

“Trampın Ərdoğanla yaxın münasibətləri bizim üçün böyük maneədir. Bizim üçün mənfi nəticələr doğura biləcək razılaşmaların qarşısını almağa və ABŞ-ın İsrailin keyfiyyət baxımından hərbi üstünlüyünü qorumasını təmin etməyə çalışırıq”, - deyə Smotriç əlavə edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm