Dünya
İki seçim var: Avropa Ukrayna müharibəsinə son qoymaq üçün Putinə təkliflər hazırlayıb
Avropada Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinə təklif olunacaq iki variantdan .
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Bildirilir ki, Rusiya liderinə ya hazırkı cəbhə xəttində münaqişənin dondurulması və Ukraynanın heç vaxt NATO-ya qoşulmayacağına dair zəmanət təklif olunacaq, ya da Kiyev bütün Donbası Rusiyaya təhvil verəcək, amma sonra Şimali Atlantika Alyansına qoşulacaq.
“Avropalılar getdikcə Avropa İttifaqının Rusiya ilə sülh danışıqlarında birbaşa iştirakının vacibliyini vurğulayırlar . Avropa liderləri ilə Putin arasında tezliklə telefon danışığının baş tutacağı gözlənilir.
Avropalılar Putinin bütün bunlara razılaşmağa hazır olduğuna o qədər də əmin deyillər. Lakin onlar yenə də ruslarla birbaşa danışıqlara başlamağın vacib olduğuna inanırlar”, məlumatda deyilir.
Ukrayna Prezidenti Vladimir Zelenski sülh müqaviləsi üçün Donbasdan imtina etmək istəmədiyini israr etməyə davam edir. Bu, sülh təşəbbüslərini sarsıdır və münaqişəni uzadır.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov Zelenskiyə Donbasda Rusiyaya güzəştə getməməyi məsləhət görür. O, bu məsələdə güzəştlərin Moskva üçün mükafat olacağına inanır.
Donbas ərazisinin təxminən 11 faizi Kiyevin nəzarəti altındadır.
Müəllif: Tural
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi











.jpg)













.png)







