Dünya
Trampın tənqidindən sonra Zelenski Rubionun qapısını döydü: Təcili danışıq
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampın tənqidindən sonra ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb. Tərəflər hava hücumundan müdafiə sistemləri üçün raket-ələkeçiricilərin tədarükünü və “Starlink” peyk rabitəsi sisteminin fəaliyyəti ilə bağlı problemləri müzakirə ediblər.
Publika.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat verib.
Ukrayna liderinin sözlərinə görə, Rubio ilə söhbət zamanı bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. O, xüsusilə ballistik raketlərdən müdafiə üçün ələkeçiricilərin tədarükünün vacibliyini vurğulayıb.
Zelenski, həmçinin “Starlink” və “Starshield” sistemləri ətrafındakı vəziyyətə toxunaraq, onların fəaliyyətinin bərpa edilməsinin zəruri olduğunu bildirib.
Ukrayna prezidenti əlavə edib ki, tərəflər problemli məsələlərlə bağlı əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya ilə danışıqlar məsələsində Zelenskinin yerinə başqa bir şəxsin tapılmasının vaxtı çatdığını bildirmişdi.
Müəllif: Adəm
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
















.jpg)






.jpg)









