Dünya
Moskvanın sülh şərtləri Aİ-ni qəzəbləndirdi - Kallasdan sərt açıqlama
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın sülh danışıqlarında irəli sürdüyü tələbləri “cəfəngiyat” adlandırıb.
Publika.az xəbər verir ki, Kallas bu barədə Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Moskva 2021-ci ildə, müharibədən əvvəl irəli sürdüyü tələbləri yenidən gündəmə gətirir və onlara yenilərini əlavə edir. Kallas hesab edir ki, bu, müharibəni davam etdirmək üçün açıq bəhanədir.
Aİ rəsmisi Rusiyanın razılaşmalara əməl etmədiyini vurğulayaraq, Moskvanın mövqeyində real dəyişiklik olduğunu göstərən konkret güzəştlər etməli olduğunu qeyd edib. O, danışıqlarda əsas prioritetin atəşkəs olmalı olduğunu vurğulayıb.
Aİ-nin sanksiyalar və dondurulmuş aktivlər kimi təsir vasitələrinə malik olduğunu xatırladan Kallas qarşılıqlı güzəştlərin vacibliyini bildirib: "Qarşılığında heç nə əldə etmədən hər hansı addım atmamağımızı ümid edirəm".
Müəllif: Roza
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi







































