Putin-Tramp-Si Cinpin bir arada: Avropa kənarda qaldı
Bizi izləyin

Dünya

Putin-Tramp-Si Cinpin bir arada: Avropa kənarda qaldı

Putin-Tramp-Si Cinpin bir arada: Avropa kənarda qaldı

Rusiya prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Çin sədri Si Cinpinin Çində keçirilən APEC sammitindəki görüşü Avropanın beynəlxalq siyasətdə təsir imkanlarının məhdud olduğunu üzə çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters”in şərhçisi Ron Busso yazıb.

Onun sözlərinə görə, Avropa İttifaqı dünyanın ən böyük ticarət birliklərindən biri olsa da, mühüm beynəlxalq qərarların qəbulunda faktiki olaraq iştirak etmir. Brüssel Ukrayna münaqişəsi və İran ətrafındakı vəziyyətlə bağlı əsas danışıqlardan kənarda qalıb.

Şərhçi bunu Aİ daxilindəki fikir ayrılıqları, xarici siyasət qərarlarının bütün üzv dövlətlərlə razılaşdırılması zərurəti, eləcə də Avropanın müdafiə sahəsində ABŞ və NATO-dan asılılığı ilə əlaqələndirib.

Müəllifin fikrincə, Avropanın beynəlxalq mövqelərini gücləndirməsi üçün islahatlar kifayət etməyəcək. Ciddi dəyişikliklər olmadığı təqdirdə, qitə öz təhlükəsizliyi və iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan danışıqlardan kənarda qala bilər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm