Rəsmi xronika
Prezident: Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb
2025-ci ilin yekunlarına görə, Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub.
Publika.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib.
Prezident bu göstəricinin hələ real imkanları əks etdirmədiyini və hər iki tərəfin qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malik olduğunu vurğulayıb:
"Sovet İttifaqı dövründən bəri tarixən tərəfdaşlığımızın təməlini təşkil edən neft sektoru qarşılıqlı fəaliyyətin əsas istiqaməti statusunu qoruyub saxlayır. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur".
Dövlət başçısı Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakının da mühüm əhəmiyyət daşıdığını bildirib:
"Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən "ROX Group" bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "ROX Group" ilə müvafiq sənədlər imzalanıb".
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"
-
Nida Xəbər 10:15Simonyan bu tarixdə Azərbaycana gələcək - Rəsmən açıqlandı
-
Region10:10Ermənistanın neçə hərbçisi itkin düşüb? - Paşinyan Azərbaycana müraciət etdi







.jpg)
.jpg)


























.png)