Dünya
NASA alimləri “uçan boşqab” yaradıb
NASA alimləri Marsa uçuş üçün “uçan boşqab” yaradıblar. NASA-da ilk dəfə olaraq yeni kosmik qurğunu sınaqdan keçirməyə hazırlaşırlar.
Publika.az-ın məlumatına görə, mütəxəssislərin “aerodinamik şişirdilmiş yüksəksəsli sürət azaldıcı” adlandırdıqları “uçan boşqab” Havay arxipelaqındakı Kauai adasındakı ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin raket poliqonunda iyun ayının birinci yarısında sınaqdan keçiriləcək.
Eksperiment stratosferdə aparılacaq. Konstruktorların təsəvvürlərinə görə, gələcəkdə bu qurğunun kosmik gəmilərə quraşdırılması planlaşdırılır. Bu öz növbəsində seyrəldilmiş Mars atmosferi şəraitində onların tormozlanmasını və Qırmızı planetin səthinə yumşaq enməsini təmin edəcək.
Qurğunun 6 və 8 metr diametr həcmi olan iki variantının hazırlanması planlaşdırır.
Birinci variant kosmik yük maşınları üçün, ikincisi isə pilotla idarə edilən gəmilər üçün nəzərdə tutulub.
Konstruksiya 33,5 m diametrli ağır yüklərin Marsa uğurlu enməsini, həmçinin işlək modul, idarə olunan qurğular və ekipajın Yer kürəsinə qayıdışını təmin etməyə kömək edəcək böyük paraşütlə təchiz olunub.
Sınaq zamanı “boşqab” hava şarında 36 kilometr hündürlüyə qaldırılaraq raket mühərrikləri vasitəsilə işə salınacaq. 55 kilometr hündürlüyə qalxaraq səs sürətindən 3,5 dəfə yüksək sürət yığdıqdan sonra, qurğunun sürəti şişirdilmiş tormoz mexanizmi və paraşüt vasitəsi ilə azalmağa başlayacaq. Aparat Sakit okean sularına enəcək və orada Amerika hərbi dənizçiləri tərəfindən götürüləcək.
-
Nəqliyyat21:51Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri enəcək? - Rəsmi açıqlama
-
İnanc21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu




































