Dünya
Jirinovski deputatların ixtisar olunmasını təklif edir
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri
Vladimir Jirinovski deputatların sayının azaldılmasını təklif
edib.
ANS PRESS-in məlumatına görə, LDPR lideri bildirib ki, ölkədə
lazımi qədər effektiv işləməyən çoxlu sayda məmur var. Ona görə də
o əmindir ki, əgər məmurların sayı iki dəfə azaldılsa, dövlət
bundan yalnız qazanar. "Tək maaşları deyil, məmurların sayını da
azaltmaq lazımdır. Bizdə çox məmur var ki, onlar bizim həyat
rifahımızın yaxşılaşması ilə məşğul olmurlar. Əgər belə etsəydilər,
bu başqa məsələ, amma bizim ölkəyə bürokratlar lazım deyil.
Ümumilikdə deputat korpusunu iki dəfə azaltmaq olar. 450 deputatdan
200-nü saxlasaq - bu da əlavə iki milyard rubldur", - deyə
Jirinovski bildirib.
Liberalların lideri Valdimir Putinin dövlət məmurlarının
maaşlarının 10 faiz ixtisar edilməsini də dəstəkləyib. O, prezident
bu fərmanı verməzdən əvvəl də öz partiyasının üzvlərindən 10 faiz
həcmində pul yığıb onlara müraciət edən insanlara yardım üçün
xərclədiklərini deyib. "Biz hər ay ehtiyacı olanlara partiyamızdan
ümumilikdə 2 milyon rubl göndəririk. Əgər indi maaşları azaltsalar
belə, biz yenə bu yardım kampaniyamızı davam etdirəcəyik. Yəni LDPR
öz üzvlərinin maaşlarını ümumilikdə 20 faiz azaltmış olacaq", -
deyən Jirinovski maaşların azaldılması ilə bağlı əlavə təkliflər də
verib.
O, 100 min rubldan artıq maaş alanların əmək haqqını 10 faiz, 200 mindən artıq alanlarınınkını 20 faiz, 300 mindən artıq maaş alanların əmək haqlarını isə 30 faiz azaltmağı və s. təklif edib. "Yarım milyon maaş alanlarının pullarını isə 2 dəfə azaltmağı təklif edirəm", - deyən partiya lideri əlavə xərclərdən də danışıb: "Deputatların əlavə xərclərini də azaltmaq olar. Onların nəqliyyat, mobil əlaqə, yaşayış və ehtiyaclarına sərf olunan pulları azaltmaqla dövlət xərclərinə qənaət etmək olar".
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial15 May 16:26Əsgəran Silah Muzeyi yaradılır








.jpg)























.jpg)



