Dünya
Girovlarımıza çıxarılan “hökm” qüvvədə saxlanıldı
“Dağlıq Qarabağ Respublikası” separatçı qurumun “apellyasiya məhkəməsi” Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində “birinci instansiya məhkəməsinin hökmünü” qüvvədə saxlayıb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, “hökm” “apellyasiya məhkəməsi”nin bu gün keçirilən iclasında elan edilib.
Xatırladaq ki, Dilqəm Əsgərov azadlıqdan ömürlük məhrum edilib, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum olunub.
Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Ömər Dağlı
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"





































