Jirinovskidən Ruslanaya qadağa - Rusiyaya gəlmə!
Bizi izləyin

Dünya

Jirinovskidən Ruslanaya qadağa - Rusiyaya gəlmə!

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski anti-rus mövqe tutan ukraynalı artistlərin Rusiyaya qastrol səfərlərinə qadağa qoyulmasını təklif verib.

Jirinovski bu fikirləri jurnalistlərə açıqlaması zamanı səsləndirib.

“Mən düşünürəm ki, anti-rus mövqe tutan ukraynalı müğənnilər, teatr xadimlərinin Rusiyaya gəlməsinə qadağa qoymaq lazımdır”,- deyə Jirinovski açıqlamasında bildirib.

Partiya sədri müğənni Ruslana və “Okean Elza” qrupunu xüsusi vurğulayıb: “Bu, yolverilməzdir. Maydanda qışqırırlar ki, biz pisik, amma gəlib burada bizdən pul qazanırlar. Bu, sadəcə olaraq ədəbsizlikdir”. /“Axar.az"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm