Dünya
Davudoğlu NATO sammitindən Moskvaya səsləndi: “Krımın zəbti qəbuledilməzdir”
“Krım Muxtar Respublikasının Rusiya tərəfindən zəbti qəbuledilməzdir. Ukraynanın təhlükəsizlik sahəsində böyük dəstəyə ehtiyacı var”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Antalya şəhərində NATO ölkələrinin xarici işlər nazirlərinin sammitində çıxışında deyib.
“Ukrayna böhranı nümayiş etdirdi ki, Avropada təhlükəsizliyin vəziyyəti nə qədər kövrəkdir. Ukraynanı dəstəkləmək lazımdır ki, öz vətəndaşlarının təhlükəsizliyini daha yaxşı təmin etməyi bacarsın. Krımın qanunsuz zəbti istənilən halda qəbuledilməzdir”, - Davudoğlu vurğulayıb.
O həmçinin qeyd edib ki, Krım sakinlərini unutmamaq lazımdır. Baş nazirin sözlərinə görə, Krım tatarlarına dəstək və onların təcrid edilməsinin qarşısının alınması Krımdakı vəziyyətə həlledici təsirə malikdir.
Ömər Dağlı
-
ABŞ18:20Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama - Bunun üçün pul alacağıq
-
İqtisadi gündəm14:56Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
-
Nida Xəbər 13:53Prezidentin Mətbuat Xidməti forumla bağlı videoçarx paylaşdı
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO









.jpg)






















