Dünya
Obama Körfəz ölkələrinin liderlərini başına yığıb
ABŞ prezidenti Barak Obama və altı körfəz ölkəsinin rəsmiləri Yaxın Şərq problemlərini müzakirə etmək üçün Vaşinqtonda görüşləri davam etdirir. Görüş zamanı İranın nüvə proqramı da daxil olmaqla, İraq, Suriya, Yemən və Liviyada gedən müharibələr müzakirə edilir.
Publika.az-ın məlumatına görə, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə görüş çərşənbə günü Ağ Evdə şam yeməyi ilə başlayıb. Cümə axşamı günü rəsmilər Vaşinqtondan 100 km şimalda yerləşən Kamp Devid prezident iqamətgahında müzakirələri davam etdirib.
Prezident Obama bildirib ki, görüşlər körfəz regionunda vəziyyətin çox gərgin olduğu vaxta təsadüf edib.
Prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Ben Rod deyib ki, görüşün əsas məqsədlərindən biri körfəz ölkələrilə Birləşmiş Ştatlar arasında hərbi əməkdaşlığı müzakirə etməkdir.
Körfəz ölkələri İran ilə gedən nüvə proqramı danışıqları ilə bağlı narahatlıqlarını bildiriblər. Onlar ABŞ ilə təhlükəsizlik əlaqələrini daha da təkmilləşdirmək istədiklərini ifadə ediblər. Rəsmilər nüvə proqramı anlaşmasının regionda İranın prestijini artıracağından və ABŞ-ın Körfəz ölkələri ilə əlaqələrinin, əsasən də hərbi istiqamətdə zəifləyəcəyindən narahatdırlar.
Ağ Eğ sözçüsü Con Ernest deyib ki, ABŞ körfəz ölkələri ilə təhlükəsizlik əlaqələrinə qiymət verir.
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
















.jpg)




.jpg)
















